10 aprel 2026 11:02
112

Tramp Rutteni niyə hədələyib?

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Rutteni ABŞ-a kömək etməkdən imtina edən müttəfiq ölkələri üçün cəzalandırmaqla hədələyib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.

Məqalədə deyilir: Qapalı danışıqlarla tanış olan insanların sözlərinə görə, Tramp Ağ Evdə Rutte ilə görüşü zamanı qəzəblənib. O, İranla müharibəni kifayət qədər dəstəkləməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib.

Lakin qəzetin mənbələrinin qeyd etdiyi kimi, Tramp konkret tədbirləri açıqlamayıb.