17 aprel 2026 14:59
129

İnformasiya yükünü azaltmaq, xüsusilə sosial mediadan məsafə saxlamaq faydalıdır - Psixoloqdan AÇIQLAMA

Müasir həyat tempində insanların tez yorulması və stress altında qalması psixoloji tarazlığın pozulmasına səbəb olan əsas amillərdən biridir.

Psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında daxili balansı qorumaq üçün sadə, lakin effektiv gündəlik vərdişlərdən danışıb.

Onun sözlərinə görə, ən vacib amillərdən biri keyfiyyətli yuxudur. Hər gün eyni saatda yatıb-oyanmaq sinir sisteminin tənzimlənməsinə kömək edir.
Psixoloq əlavə edib ki, gün ərzində qısa fasilələr vermək, 5-10 dəqiqəlik “pauzalar” zehni yüklənməni azaldır. Gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik isə stress səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır.

Təranə Paşayeva həmçinin nəfəs məşqləri və mindfulness texnikalarının emosional sabitliyi gücləndirdiyini, sosial əlaqələrin qorunmasının və informasiya yükünün azaldılmasının da vacib olduğunu vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”