22 aprel 2026 12:42
130

AK Rusiya neftinin daşınmasına qoyulan qadağanı sanksiya paketindən çıxarıb

Avropa Komissiyası Rusiya neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Brüsseldə bir diplomat TASS-a bildirib.

"Avropa Komissiyası 27 Aİ ölkəsinin səfirlərinə Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək və ondan (Avropa daşıyıcıları tərəfindən) Rusiya neftinin daşınmasına tam qadağanı çıxarmaq təklifi təqdim edib", - deyə o, bildirib.

Agentliyin mənbəyinə görə, sığorta da daxil olmaqla, bu daşımalar üçün xidmətlərin göstərilməsi də məhdudiyyətlər siyahısından çıxarılıb.