21 aprel 2026 12:25
95

CİS və süni intellekt məkan məlumatlarını yeni analitik səviyyəyə çıxarır - Həmid Əskərov

Məkan məlumatlarının emalı artıq daha sürətli və ağıllı qərarverməyə xidmət edir

Müasir dövrdə Coğrafi İnformasiya Sistemləri (CİS) və süni intellektin inteqrasiyası məkan məlumatlarının idarə olunmasında yeni mərhələ formalaşdırır.

Azərbaycan Respublikasının Kosmik Agentliyi — Azərkosmos nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil”ə müsahibəsində bildirib ki, CİS məkanla bağlı məlumatların toplanması, saxlanması və təhlili üçün istifadə olunan əsas texnologiyadır.

Onun sözlərinə görə, bu sistemlər “harada nə yerləşir?” və “zamanla nə dəyişir?” kimi suallara cavab verir. Süni intellektin inteqrasiyası isə obyektlərin və dəyişikliklərin avtomatik aşkarlanmasına imkan yaradaraq məlumat emalını daha operativ və dəqiq edir.

Yaqut Ağaşahqızı, “İki sahil”