27 aprel 2026 14:14
170

Federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib

Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib. Federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib.“İki sahil” xəbər verir ki, bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb. 
BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.

3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur. Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.

BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib. 
Aşağıda qeyd olunan linkə keçid etməklə yeni formatla bağlı bütün məlumatları əldə edə bilərsiz:

https://corporate.bwfbadminton.com/news-single/2026/04/13/3x15-scoring-system-proposal-member-information-sessions/