Bu gün Azərbaycan 1-ci liqasında 24-cü tur start götürüb.
İlk oyun günündə 3 matç keçirilib.
MOİK "Şahdağ Qusar"la üz-üzə gəlib. Qusar təmsilçisi 1 qolla rəqibindən üstün olub. "Mingəçevir" doğma meydanda "Zaqatala"nı 7 qolla məğlub edib. Lider "Şəfa" isə "Şimal"la qolsuz heç-heçəyə razılaşıb.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
29 aprel (çərşənbə)
15:00. MOİK – “Şahdağ Qusar” - 0:1
Qol: A.Çipesse, 60
“Bayıl Arena”
16:30. “Mingəçevir” – “Zaqatala” - 7:1
Qollar: Xəyal Muradov, 8; Kennet Kalunqa, 13, 55, Fuad Bayramov, 65, Elçin Mustafayev, 78, Abba Usman, 80, Rəhim Cəfərli, 90 // Davud Mahmudov, 85
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
19:30. “Şəfa” – “Şimal” - 0:0
“Bayıl Arena”
30 aprel (cümə axşamı)
16:30. “Baku Sportinq” – “Difai”
17:00. “Səbail” – “Cəbrayıl”

QOL.az