05 may 2026 07:59
88

ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub?

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürətli katerlərinin əvəzinə mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadla "Tasnim" məlumat yayıb.

"ABŞ SEPAH-ın sürətli katerləri əvəzinə açıq-aşkar bir cinayət törədərək mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub", - məlumatda bildirilib və əlavə edilib ki, nəticədə 5 dinc sərnişin həlak olub:

"Amerikalılar bu cinayətə görə mütləq cavab verməlidirlər".

Qeyd edək ki, mayın 4-də ABŞ hərbi helikopterlər vasitəsilə Hörmüz boğazında İranın 6 kiçik katerini batırdığını açıqlayıb. İran hərbçiləri isə bu iddiaları təkzib edib.