Çinin Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, 61 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Liuyanq şəhərində qeydə alınıb. Bildirilir ki, ərazidə beş xilasetmə qrupu fəaliyyət göstərir.