06 may 2026 15:53
81

Ermənistan Təhlükəsizlik Şurası Ukraynanın dronlardan istifadə təcrübəsinə maraq göstərir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Ukrayna Prezidenti Volodymyr Zelenski ilə görüşündə PUA-ların hazırlanması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Qriqoryan Ukrayna təcrübəsinin Ermənistan Silahlı Qüvvələri üçün əvəzsiz olduğunu vurğulayıb.

"Qraparak"ın sözlərinə görə, görüş zamanı Zelenski bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib və Ukraynanın müxtəlif məqsədlər üçün dron istehsalı imkanlarını təqdim edib.

Tərəflər bu mövzuda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Armen Qriqoryan 2025-ci ilin yayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada keçirdiyi PUA-ların istifadəsi üzrə qısamüddətli təlimdən danışıb.