06 may 2026 16:00
79

Tramp: Tehran razılaşmasa...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlməsə, ABŞ İranı bombalamağa davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Əgər onlar razılaşmasalar, bombalama başlayacaq və təəssüf ki, əvvəlkindən daha böyük və daha intensiv olacaq", - deyə o, "Truth" Social sosial şəbəkəsində yazıb.

Daha əvvəl "Axios" xəbər vermişdi ki, Ağ Ev İranla müharibəyə son qoyacaq və nüvə proqramı üzrə gələcək danışıqlar üçün çərçivə yaradacaq bir səhifəlik anlaşma memorandumu üzrə razılığa yaxınlaşdığına inanır.