08 may 2026 14:02
110

Bolqarıstan parlamenti Radevi ölkənin yeni baş naziri seçdi

Bolqarıstan parlamenti Rumen Radevi ölkənin yeni baş naziri seçib. Deputatlar həmçinin onun təqdim etdiyi Nazirlər Şurasının strukturunu və yeni hökumətin tərkibini təsdiqləyiblər.

“İki sahil” xəbər verir ki,  Bolqarıstan parlamentinin rəsmi saytında yayımlanan məlumata görə, Radevin baş nazir təyin olunmasının lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə çıxıb, 36 nəfər isə bitərəf qalıb.

Bundan əvvəl EURACTIV portalı yazmışdı ki, Radevin partiyasının parlament seçkilərində qələbəsi Bolqarıstanın Ukraynaya silah tədarükü siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.