ABŞ-ın bulud xidmətləri şirkəti "Cloudflare" süni intellekt (AI) texnologiyalarının geniş tətbiqi fonunda işçi heyətinin təxminən 20%-ni ixtisar edəcəyini açıqlayıb. Bu, təxminən 1100 nəfərin işini itirməsi deməkdir.
“İki sahil” xəbər verir ki, bu barədə "blog.cloudflare.com" məlumat yayıb.

Şirkətin baş icraçı direktoru Metyu Prins bildirib ki, "Cloudflare" bütün komandalarının funksiyalarını və strukturunu yenidən nəzərdən keçirir və AI alətlərinin daha geniş istifadəsinə uyğunlaşdırır.
Bundan əvvəl "RationalFX" analitik şirkəti dünya texnologiya sektorunda yalnız ilin ilk üç ayında süni intellektin tətbiqi səbəbindən təxminən 80 min iş yerinin ixtisar edildiyini hesablamışdı. "Cloudflare", eyni zamanda, 2026-cı ilin ilk rübü üzrə maliyyə hesabatını da açıqlayıb. Hesabata əsasən: Gəlirlər 33% artaraq 640 milyon dollara çatıb. Xalis zərər 22,9 milyon dollar olub (əvvəlki il 38,5 milyon dollar idi)
Şirkət növbəti rüb üçün proqnozunu bir qədər aşağı salıb. Bu xəbərdən sonra "Cloudflare" səhmləri təxminən 18% dəyər itirib. Lakin bu enişin əsas səbəbinin ixtisarlar, yoxsa zəif proqnoz olması dəqiq müəyyən edilməyib.