10 may 2026 01:37
86

FİFA-dan “Qarabağ”a da transfer qadağası

FİFA "Qarabağ"a yeni futbolçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. 

Bu qərar növbəti üç transfer dövrünü əhatə edəcək. Hazırda sanksiyanın hansı səbəbdən tətbiq edildiyi məlum deyil.

Klubun mətbuat katibi Anar Hacıyevin məlumatına görə, bununla bağlı hələlik rəsmi bildiriş gəlməyib: "Problemin nə olduğu bilinmir və bunun ciddi məsələ olduğunu düşünmürük".

Xatırladaq ki, oxşar vəziyyətlə "Neftçi" də üzləşmiş, lakin sonradan problem həll olunmuşdu.

QOL.az