10 may 2026 14:41
119

ABŞ-ın "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib

Amerikanın "Lockheed Martin F-35 Lightning II" qırıcısı Ərəbistan yarımadası üzərində səmada fövqəladə vəziyyət barədə siqnal verib.

“İki sahil” xəbər verir ki, bu, təyyarələrin izlənilməsi xidməti olan "Flight Radar"ın məlumatlarında öz əksini tapıb.

Məlumata görə, 13-5067 qeydiyyat nömrəli qırıcı Bakı vaxtı ilə təxminən saat 12:04-də havaya qalxıb, daha sonra isə qəza siqnalı verib. Xidmətin məlumatına əsasən, təyyarə Oman körfəzi və Oman üzərindən uçurmuş.

Təyinat məntəqəsi və insidentin detalları hələ ki məlum deyil.