10 may 2026 15:40
128

Qebreyesus: Hantavirus yayılan laynerin sərnişinlərinin təxliyəsinə başlanılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İspaniyanın Səhiyyə Nazirliyi ilə birlikdə hantavirusun yayıldığı "MV Hondius" kruiz laynerinin sərnişinlərinin təxliyəsinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkə hesabında bildirib.

"Hondius" gəmisinin sərnişinlərinin ilk qrupunun düşürülməsinə başlanılıb", - o yazıb.

Onun sözlərinə görə, sərnişinlərin vəziyyətinin epidemioloji qiymətləndirilməsi aparılır və İspaniyanın Daxili İşlər Nazirliyi ilə çarter reyslərinin koordinasiyası həyata keçirilir.

Daha əvvəl Qebreyesus bildirib ki, Niderlandın "MV Hondius" gəmisinin göyərtəsində hantavirusa ilk yoluxma halları virusun daşıyıcısı olan gəmiricilərin məskunlaşdığı yerlərdə quşları müşahidə etmək üçün təşkil olunan səfər zamanı Argentina, Çili və Uruqvayda olmuş turist cütlüyü ilə bağlıdır.