10 may 2026 15:48
125

Əl Şaraa Suriya rəhbərliyində kadr dəyişiklikləri həyata keçirib

Suriya Prezidenti Əhməd Əl Şaraa bir sıra əhəmiyyətli kadr dəyişiklikləri edib.

“İki sahil” xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Xüsusən, Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan Suriya liderinin qardaşı Mahir Əl Şaraa vəzifəsindən azad edilib.

Prezident Administrasiyasının yeni rəhbəri vəzifəsinə son illər ərzində Homs vilayətinin qubernatoru vəzifəsini icra edən Əbdülrəhman Bədrəddin əl-Ama təyin olunub.

Bundan başqa, Suriya lideri İnformasiya və Kənd Təsərrüfatı nazirliklərinin yeni rəhbərlərini təsdiqləyib, həmçinin Homs və Latakiya da daxil olmaqla, bir neçə vilayətin qubernatorlarını dəyişib.