"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb.
“İki sahil” xəbər verir ki, velosipedçilər bu etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət edəcəklər. İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.
Qeyd edək ki, yarışın I mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb
Malayziyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib