"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.
“İki sahil” xəbər verir ki, velosipedçilər bu etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət ediblər. Finişə Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci çatıb. İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.
Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi.
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
Malayziyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib