Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.
“İki sahil” Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.
Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.
Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.
Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.
Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.
Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.
| mövsüm | oyun | tamaşaçı | orta |
| 2008/09 | 33 | 39250 | 1189 |
| 2009/10 | 37 | 72300 | 1954 |
| 2010/11 | 27 | 90950 | 3369 |
| 2011/12 | 26* | 41100 | 1581 |
| 2012/13 | 26 | 55950 | 2152 |
| 2013/14 | 25 | 68050 | 2722 |
| 2014/15 | 23** | 22350 | 1016 |
| 2015/16 | 24 | 54246 | 2260 |
| 2016/17 | 23 | 39700 | 1726 |
| 2017/18 | 23 | 25456 | 1107 |
| 2018/19 | 17 | 21400 | 1259 |
| 2019/20 | 12 | 6130 | 511 |
| 2020/21 | 17 | - | - |
| 2021/22 | 17 | 16880 | 993 |
| 2022/23 | 19 | 31980 | 1683 |
| 2023/24 | 39 | 33842 | 868 |
| 2024/25 | 39 | 33793 | 866 |
| 2025/26 | 38 | 41895 | 1102 |
| 465 | 695272 | 1555 |
* - yarımçıq dayandırılan "İnter" – "Turan" oyunu və tamaşaçı sayı nəzərə alınıb.
** - Baş tutmayan "Xəzər Lənkəran" – "Araz-Naxçıvan" matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb