12 may 2026 00:03
101

Türkiyənin Baş Qərargah rəisi belçikalı həmkarı ilə görüşüb

Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraqdaroğlu Belçika Baş Qərargah rəisi general Frederik Vansina ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd olunub ki, İstanbulda keçirilən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.