12 may 2026 00:37
90

Tramp İranla bağlı mümkün hərbi addımları müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İran ətrafında yaranmış vəziyyəti və Tehrana qarşı mümkün hərbi əməliyyatların bərpasını müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp hələ də münaqişənin diplomatik yolla həllinə nail olmağa çalışır. Lakin İranın mövqeyinin vəziyyəti çətinləşdirdiyi qeyd olunur.

Nəşrin məlumatına əsasən, müzakirə edilən variantlar arasında Hörmüz boğazında gəmilərin müşayiəti məqsədilə “Azadlıq layihəsi”nin bərpası, həmçinin İran ərazisinə mümkün hava zərbələri də yer alır.

“Axios” xatırladır ki, son günlər Prezident Tramp danışıqların nəticəsiz qalacağı təqdirdə, İranın infrastruktur obyektlərinə mümkün zərbələr endirilə biləcəyini bir neçə dəfə bəyan edib.

ABŞ Prezidenti daha əvvəl jurnalistlərə açıqlamasında İranla atəşkəsin “son dərəcə kövrək” olduğunu bildirmişdi.