19 may 2026 18:41
118

ABŞ Ədliyyə Nazirliyi 1,8 milyard dollarlıq fond yaradıb

ABŞ Ədliyyə Nazirliyi təxminən 1,8 milyard dollar həcmində kompensasiya fondunun yaradıldığını elan edib. Fond Donald Trampın ABŞ Vergi Xidmətinə qarşı qaldırdığı iddianın geri götürülməsi ilə bağlı razılaşma çərçivəsində yaradılıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  10 milyard dollarlıq iddiada bildirilirdi ki, ABŞ Vergi Xidməti 2019 və 2020-ci illərə aid vergi bəyannamələrinin icazəsiz sızdırılmasından Donald Trampı və "Trump Organization"ı qoruya bilməyib.

Ədliyyə Nazirliyi tərəfindən yaradılmış fond əvvəlki administrasiya dövründə haqsız təqiblərə məruz qaldığını hesab edən prezident tərəfdarlarına yardım göstərmək məqsədi daşıyır.

CNN-nin məlumatına görə, belə bir fondun yaradılması prezident administrasiyasına onun tərəfdarlarına dövlət qurumu vasitəsilə, vergi ödəyicilərinin hesabına vəsait ödəməyə imkan verən görünməmiş addımdır.

Donald Tramp dəfələrlə bildirib ki, onun müttəfiqləri siyasi təqiblərə məruz qalıblar. Fondan yardım almaq üçün əvvəlki administrasiya tərəfindən təqib olunduğunu düşünən istənilən ABŞ vətəndaşı müraciət edə bilər.