20 may 2026 11:27
109

Çin Rusiya ilə vizasız səyahət müddətini 2027-ci ilin sonuna qədər uzadıb

Çin Xarici İşlər Nazirliyi Rusiya vətəndaşları üçün vizasız səyahət müddətini 2027-ci ilin sonuna qədər uzatmaq qərarına gəldiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti Çin Xarici İşlər Nazirliyinı istinadla məlumat yayıb.

Rusiya vətəndaşları xarici pasportları ilə işgüzar səfərlər, turizm, qohumları və dostlarını ziyarət etmək və tranzit üçün 30 gündən çox olmayan müddətə Çinə vizasız daxil ola biləcəklər.

Çinə səyahət edən Rusiya vətəndaşları üçün vizasız səyahət 15 sentyabr 2025-ci ildə qüvvəyə minib.

Ötən ilin 1 dekabrında Rusiya lideri Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya vizasız girişinə icazə verən fərman imzalayıb. Çinli turistlər 14 sentyabr 2026-cı il tarixinədək Rusiyaya 30 günə qədər vizasız səyahət edə biləcəklər.