20 may 2026 11:41
107

Beynəlxalq münasibətlərin "cəngəllik qanunları"na qayıtması təhlükəsi mövcuddur - Çin lideri

Si Çinpin beynəlxalq vəziyyətin “cəngəllik qanunlarına” qayıtması təhlükəsindən danışıb

Çin lideri Si Çinpin bildirib ki, birtərəfli addımlar və hegemonluq siyasəti dünyaya ciddi zərər vurub və beynəlxalq münasibətlərin “cəngəllik qanunları”na qayıtması təhlükəsi yaranıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu fikirləri Vladimir Putin ilə Pekində keçirilən danışıqlardan sonra birgə bəyanat zamanı səsləndirib.

Çin liderinin sözlərinə görə, dünyada vəziyyət sabit deyil:  “Birtərəfli addımlar və hegemonluq nəticəsində dünyaya vurulan zərər həddindən artıq artıb. Beynəlxalq münasibətlərin "cəngəllik qanunları"na qayıtması təhlükəsi mövcuddur”.

O əlavə edib ki, Russia və Çin yüksək səviyyəli siyasi əməkdaşlığı daha da gücləndirməli və bir-biri üçün strateji dayaq rolunu oynamalıdır.