20 may 2026 11:33
99

Avropa İttifaqı gələn həftə Rusiya ilə danışıqlar aparacaq namizədləri müzakirə edəcək

Avropa İttifaqı  ölkələrinin xarici işlər nazirləri gələn həftə keçiriləcək görüş zamanı Rusiya ilə danışıqlar aparacaq nümayəndələrin namizədlərini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ  və Ukrayna Avropanın Rusiya prezidenti ilə mümkün danışıqlarda iştirak etməsi ideyasını dəstəkləyib. Görüş zamanı Avropa İttifaqının Rusiya ilə “münaqişədən sonrakı münasibətlər”ə dair mövqeyi, Ukrayna münaqişəsinin həlli ilə bağlı “qırmızı xətləri” və Kremlinlə danışıqlara başlamaq üçün irəli sürüləcək ilkin şərtlər də müzakirə ediləcək.

Adı açıqlanmayan yüksək vəzifəli Avropa rəsmisinin sözlərinə görə, Ukrayna hakimiyyəti Avropanın Rusiyaya təzyiq göstərərək dərhal atəşkəsə nail olunmasını və hərbi əməliyyatların cəbhə xətti boyunca dayandırılmasını istəyir. Digər mənbələr isə bildiriblər ki, Rusiya tərəfi daha “konstruktiv” müzakirələr aparmağa açıq olduğunu nümayiş etdirib.

Vladimir Putin daha əvvəl Rusiya ilə Avropa arasında dialoq üçün Almaniyanın keçmiş kansleri Gerhard Şröderi uyğun nümayəndə kimi qiymətləndirmişdi. Lakin onun namizədliyi həm Avropa diplomatiyasının rəhbəri Kaja Kallas, həm də Almaniya hökuməti tərəfindən qəbul edilməyib.

Mümkün namizədlər sırasında Almaniyanın keçmiş kansleri Angela Merkel və Alexander Stubbın da adları çəkilir.