21 may 2026 17:55
136

Bu forum əvvəlkindən daha yüksək səviyyədə təşkil olunub - WUF13 iştirakçısı

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən ruandalı Jan Klod Ndatabaye Butera forum çərçivəsində “İki sahil”in suallarının cavablandırıb:

- Azərbaycana ilk səfərinizdir?

- Bəli, Azərbaycana ilk səfərimdir.

- Tədbiri necə qiymətləndirirsiniz və sizcə, bu forum dünya ölkələri arasında məlumat və təcrübə mübadiləsinə necə töhfə verəcək?

- Düşünürəm ki, tədbir çox uğurla keçirilir. Ölkə çox gözəl və qonaqpərvərdir. Təşkilatçılığı çox bəyənirəm. Bu, mənim ikinci Dünya Şəhərsalma Forumumdur və hesab edirəm ki, bu forum əvvəlkindən daha yüksək səviyyədə təşkil olunub. Tədbir həqiqətən çox yaxşıdır. Buradakı qarşılıqlı ünsiyyət, müxtəliflik və insanların bir-birindən öyrənməsi çox xoşuma gəlir. Hər şey çox yaxşı gedir.

- Şəhəri gəzməyə vaxt tapa bildinizmi?

- Bəli, şəhəri gəzmək imkanım oldu. Memar olaraq düşünürəm ki, şəhər çox gözəldir. Tikinti sahəsində gördüyünüz işləri, gözəl binaları və memarlıq nümunələrini çox bəyəndim. Həqiqətən heyrətamizdir. Çox gözəl ölkəniz var.

- Milli yeməklərdən dadmısınızmı?

- Bəli, yerli yeməklərdən dadmışam. Çox ləzzətlidir və həqiqətən çox xoşuma gəldi. Yeni dadlar sınamağı sevirəm. Buna görə düşünürəm ki, çox gözəldir.

- Yenidən Bakıya gəlmək istərdinizmi?

- Əlbəttə, mütləq yenidən gəlmək istərdim. İnsanlarınız çox gülərüz və qonaqpərvərdir. Ən çox bəyəndiyim məqam da məhz budur.

Orxan Vahidoğlu, “İki sahil”