21 may 2026 18:25
84

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərlər Maliyyələşdirildiyi kimi Qurulur: Afrikada Mənzil Çatdırılma Dəyər Zəncirində Maliyyə Anlarına Uyğunlaşma” mövzusunda panel sessiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Afrikada Güzəştli Mənzil Maliyyəşdirilməsi Mərkəzinin icraçı direktoru və təsisçisi Kecia Rust çıxşında mənzil təminatında əlçatanlıq probleminin çox vaxt sadəcə tələb-təklif müstəvisində nəzərdən keçirildiyini deyib və bildirib ki, çıxış yolu kimi xərclərin azaldılması və ya subsidiyaların artırılması təklif olunur. Lakin bu yanaşma əsas amili – mənzil dəyər zəncirində maliyyənin strukturu, müddəti və qiymətləndirilməsinin rolunu kölgədə qoyur. Reallıq isə fərqlidir: tikilən binaların xarakterini və onların kimə xidmət edəcəyini məhz maliyyələşdirmə forması müəyyənləşdirir.

“Afrika qitəsində yüksək faiz dərəcələri, qısamüddətli kreditlər, valyuta dalğalanmaları və dağınıq kapital axını mənzil əlçatanlığını ciddi şəkildə məhdudlaşdırır. Buna baxmayaraq, yeni yanaşmalar sübut edir ki, maliyyələşmənin kritik mərhələlərinə düzgün müdaxilə etməklə vəziyyəti kökündən dəyişmək mümkündür”, - deyə Kecia Rust vurğulayıb.

Sessiya çərçivəsində tikinti şirkətləri, mühəndislər, investorlar və İnkişaf naminə Maliyyə İnstitutları (DFI) bir araya gələrək kapitalın cəlb olunması və yönəldilməsi ilə bağlı praktiki təcrübələrini bölüşüblər. Tədbirdə dizayn, texnologiya və qarışıq maliyyə alətləri vasitəsilə vəsaitlərin tikinti prosesinə inteqrasiyasının mənzil əlçatanlığını necə kütləviləşdirə biləcəyi diqqətə çatdırılıb, həmçinin bu uğurlu modellərin digər regionlarda tətbiq olunma şərtləri müəyyən edilib.