28 may 2026 13:35
112

Kurtulmuşdan Müstəqillik Günü münasibətilə təbrik

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Türkiyə parlamentinin sədri sosial media paylaşımında “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə və Azərbaycanın birliyini vurğulayıb.

“Ortaq tarixi, mədəniyyəti və qardaşlığı paylaşdığımız Azərbaycanı ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qardaş ölkəmizin müstəqilliyi əbədi olacaq”, - deyə Türkiyə Böyük Millət Məclisinin sədri yazıb.