29 may 2026 19:53
98

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

“Tengiz” yatağında əməliyyat nasazlığı baş verib və bu da neft hasilatının müvəqqəti azalmasına səbəb olub.

“İki sahil” Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, hadisə “Tengizşevroyl” şirkətinin istehsal müəssisələrindən birində baş verib.

Şirkət hazırda lazımi tədbirləri görür, istehsal bərpa mərhələsindədir. Personal, əhali və ətraf mühit üçün heç bir risk qeydə alınmayıb. Vəziyyət Qazaxıstan Energetika Nazirliyi tərəfindən davamlı olaraq nəzarətdə saxlanılır.