31 may 2026 22:11
98

"Bayer" baş məşqçi böhranı ilə üzləşir

Almaniyanın "Bayer" klubu yeni baş məşqçi axtarışında çətinliklə üzləşib.

“İki sahil” xəbər verir ki, "Sky" nəşrinin məlumatına görə, Leverkuzen təmsilçisinin əsas namizədlərindən olan Filipe Luis klubun təklifini geri çevirib. Braziliyalı mütəxəssisin "Monako" ilə 2028-ci ilə qədər müqavilə imzalayacağı bildirilir.

Klubun siyahısında yer alan digər məşqçilərin də fərqli variantlara yaxın olduğu qeyd olunur. İnsayder Fabrisio Romanonun məlumatına görə, Andoni İraola "Liverpul"un əsas namizədlərindən biridir. "Kristal Pelas"la Konfrans Liqasının qalibi olan Oliver Qlasner isə "Milan"la danışıqlar aparır.

Beləliklə, Leverkuzen klubunun əsas hədəflərinin başqa komandalara yönəlməsi fonunda rəhbərliyin baş məşqçi axtarışına yenidən başlamaq məcburiyyətində qala biləcəyi bildirilir.

Qeyd edək ki, "Bayer"nin hazırkı baş məşqçisi Kasper Hyulmandın müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Komandanın Bundesliqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməməsi fonunda klub Hyulmandla yolları ayırmağa hazırlaşır.