SOCAR 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda bütün uşaqlar bayram münasibətilə təbrik olunaraq onların həyatımıza sevinc, rəng və xoşbəxtlik gətirdiyi vurğulanıb.
“Siz həyatımıza sevinc, rəng və xoşbəxtlik gətirirsiniz. Üzünüzdəki təbəssüm dünyanı daha gözəl edir”, – deyə paylaşımda qeyd olunub.
SOCAR, həmçinin bütün uşaqlara xoşbəxt gələcək və gözəl günlər arzulayaraq “Bayramınız mübarək, əziz uşaqlar!” sözləri ilə təbrikini çatdırıb.