Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi baş tutub.
“İki sahil” xəbər verir ki, 80 kq-da ölkəmizi təmsil edən iki güləşçimiz fəxri kürsüyə qalxıb. Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb. İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub. Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.