02 iyun 2026 02:02
96

BMT Baş katibinin sözçüsü: "Qiyamət ssenarisi” üçün konkret tarix yoxdur

BMT-nin nə vaxt ciddi maliyyə çatışmazlığı ilə üzləşə biləcəyi ilə bağlı konkret tarixi yoxdur.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin deyib.

"Qiyamət ssenarisi” üçün konkret tarix yoxdur. Keçən həftə Çin Xalq Respublikasından təxminən 800 milyon dollar məbləğində əhəmiyyətli dərəcədə qismən ödəniş aldıq ki, bu da faydalıdır. Bununla belə, bütün üzv dövlətləri cari il üçün ödənişlər və ya gecikmələr olsun, öhdəliklərini yerinə yetirməyə çağırırıq", deyə BMT rəsmisi bildirib.

Daha əvvəl "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, beynəlxalq təşkilatın fəaliyyəti ilə bağlı fikir ayrılıqları fonunda ABŞ və Çin tərəfindən üzvlük haqlarının tam ödənilməməsi səbəbindən BMT maliyyə çöküşü və mümkün iflas təhlükəsi ilə üzləşib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”