“Tibbi Rəqəmsal Əkiz Sistemi” vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.
“İki sahil” xəbər verir ki, bu sözləri “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək.
“Məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa imkan verəcək”,- deyə nazir əlavə edib.
Elçin Babayev: Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği universitetlərin əsas missiyasıdır
Gənclərimizin Dövlət Proqramına marağı hər il artan tendensiya ilə davam edir - MÜSAHİBƏ