03 iyun 2026 17:54
113

Küveyt onları "persona non-grata" elan etdi

Küveyt iki İran diplomatını arzuolunmaz şəxslər elan edib, onlara 24 saat ərzində ölkəni tərk etmək tapşırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Küveyt mediası məlumat yayıb.

"Küveytin Xarici İşlər Nazirliyi İran İslam Respublikasının ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq Küveyt ərazisinə və mülki infrastruktura davam edən hücumları qınayan rəsmi etiraz notası təqdim edib", - məlumatda bildirilib.