05 iyun 2026 20:56
115

Cozef Aun: İran ABŞ ilə danışıqlarda Livandan sövdələşmə vasitəsi kimi istifadə edir

Livan Prezidenti Cozef Aun İranın ünvanına kəskin tənqidlə çıxış edərək, həmin ölkəni ABŞ ilə danışıqlarda Livandan alət kimi istifadə etməkdə günahlandırıb.

“İki sahil” "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkə vətəndaşları İranın regional maraqlarının bədəlini ödəmək məcburiyyətində qalırlar, Livanın özü isə Tehranla Vaşinqton arasındakı münasibətlərdə "sövdələşmə vasitəsi"nə çevrilir.

"Onlar Birləşmiş Ştatlarla danışıqlarda Livandan sövdələşmə vasitəsi kimi istifadə edirlər. Bu, qəbuledilməzdir", - Aun vurğulayıb.

Prezident həmçinin İsrail və radikal "Hizbullah" hərəkatı arasında davam edən qarşıdurmadan narazılığını bildirib.