05 iyun 2026 21:29
94

Seçmə mərhələ: Millimiz Macarıstan ilə qarşılaşıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın heyətində yeganə qolu Xanım Əsədova vurub.

Komanda bunadək Andorranı (3:1 2:0) və Şimali Makedoniyanı (2:0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0:1.

Azərbaycan millisi 5 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla turnir cədvəlinə başçılıq edir.