“Neftçi” PFK-nın sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.
“İki sahil” yazır ki, bu barədə Bakı klubu feysbuk səhifəsində məlumat paylaşıb.
Paylaşımda qeyd edilib: “Neftçi” PFK-nın sabiq prezidenti Sadıq Sadıqovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”