06 iyun 2026 11:50
261

Kişi voleybolçularımız Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək.

“İki sahil” xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.