ABŞ Rusiya ilə iqtisadi əlaqələrin inkişafını Ukraynadakı münaqişənin nizamlanması ilə əlaqələndirir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin CCTV telekanalına müsahibəsində bildirib.
"Amerikalılar əvvəlki kimi hər şeyi Ukrayna ətrafındakı nizamlanma ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, əvvəlcə Ukraynada nizamlanma, daha sonra isə iqtisadiyyat, investisiya, mədəniyyət sahəsində və s. əlaqələrin inkişafı olmalıdır", - o deyib.
D.Peskovun sözlərinə görə, Moskva bunu yanlış yanaşma hesab edir.
O vurğulayıb ki, "tanqonu iki nəfər oynamalıdır", lakin ABŞ hələ ki bunu istəmir.