Almaniya Kubokunda 1/32 final mərhələsinin püşkatma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, turnirin iddialı klublarından olan "Bavariya"nın ilk rəqibi "Osnabrük" komandası olub. Almaniyanın digər top-klublarının da bu mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib:
"Osnabrük" - "Bavariya"
"HEBK Hamburq" - "Borussiya" (Dortmund)
"Veen-Visbaden" - "Bayer" (Leverkuzen)
"Hanza" - "Ştuttqart"
Xatırladaq ki, ötən mövsüm Almaniya Kubokunun finalında "Bavariya" "Ştuttqart"ı 3:0 hesabı ilə darmadağın edərək kuboka sahib çıxıb.
Qeyd edək ki, kubok uğrunda qarşılaşmalar yeni mövsümün startında, avqust ayında baş tutacaq.