"Zirə" qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 26 yaşlı portuqaliyalı qolkiper 2023-cü ildən "Zirə"də çıxış edirdi.
Xatırladaq ki. "Zirə" bir neçə gün əvvəl Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə ilə vidalaşıb.