07 iyun 2026 17:05
95

Həbib İsmayılov "Şamaxı"da qaldı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Həbib İsmayılovla yeni müqavilə imzalanıb.

22 yaşlı vinger növbəti 2 mövsümü "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, bölgə təmsilçisi Abdulla Seydəhmədovla da yeni müqavilə imzalayıb.