07 iyun 2026 17:12
93

"Fənərbaxça" bu ulduz futbolçuları almaq istəyir

“Fənərbaxça” heyətini bir neçə tanınmış futbolçu ilə gücləndirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir. Klub prezidentliyinə namizəd Hakan Safinin bu keçiddə maraqlı olduğu qeyd edilib.

Bundan başqa, “Fənərbaxça”nın maraq dairəsində Luis Suares, Merih Demiral və Meyson Qrinvudun da olduğu bildirilib. Həmin transferlərin reallaşıb-reallaşmayacağı isə prezident seçkilərinin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkiləri uğrunda Aziz Yıldırım və Hakan Safi mübarizə aparır.