İngiltərə milli komandasının hücumçusu Entoni Qordon qarşıdan gələn dünya çempionatında 18 nömrəli formada çıxış edəcək.
“İki sahil” xəbər verir ki, "Talksport"a danışan futbolçu bu nömrənin ehtiyat oyunçu statusu mənasına gəlməsindən narahat olmadığını bildirib:
"Düşünürəm ki, heyətimizə baxsanız, istənilən oyunçunu 1-dən 11-ə qədər olan mövqelərdə oynatmaq olar. Biz hamımız kifayət qədər yaxşıyıq. Hər kəsin bir çox cəhətdən özünü ən yaxşı hesab etməsi üçün əsası var. Buna görə də nömrə mənim üçün qətiyyən əhəmiyyət kəsb etmir. Mən buraya İngiltərə millisi ilə qalib gəlməyə gəlmişəm. Şəxsi maraqlarım önəm daşımır".
Qeyd edək ki, İngiltərə yığması dünya çempionatında ilk matçını iyunun 17-də Xorvatiya seçməsinə qarşı keçirəcək.