07 iyun 2026 20:22
116

Azərbaycan millisi Avropa Liqasında Estoniyanı məğlub edib

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.

“İki sahil” xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda Estoniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 3:0 (25:15, 25:14, 25:20) hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.