07 iyun 2026 20:38
108

Kişi voleybolçularımız İsveçrə ilə qarşılaşıb

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.

“İki sahil” xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda İsveçrə ilə qarşılaşıb.

İsveçin Lund şəhərində baş tutan görüş rəqibin 3:0 (25:14, 25:17, 25:20) hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana da 0:3 hesabı ilə uduzub.