07 iyun 2026 22:04
105

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinalında məğlub olub.

“İki sahil” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 19:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.