08 iyun 2026 12:06
80

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan Atıcılıq Federasiyası (AAF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokuna yekun vurulub.

“İki sahil” AAF-a istinadla bildirir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib. Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar.

Səngər stendi – Ümumi kateqoriya

1. Ramil Rüstəmzadə

2. Mürtəza Novruzlu

3. Tamerlan Məmmədov

Dairəvi stend – Ümumi kateqoriya

1. Riqina Meftahətdinova

2. Niyaz Ağazadə

3. Fuad Qurbanov

Səngər stendi – U-21

1. Mürtəza Novruzlu

2. Cəlal Məmmədov

3. Nərmin Cəfərova

Dairəvi stend – U-21

1. Məhəmməd Teyublu

2. İslam Əjdərov

3. Aslan Qurbanov