08 iyun 2026 21:03
93

Fərid Qayıbov Serbiya Respublikasının idman naziri Zoran Qayiçi qəbul edib

İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının idman naziri Zoran Qayiçi qəbul edib. 

“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya idman nazirinin müşaviri Zelko Traykoviç, Serbiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.